Jalə Əliyeva: "Azərbaycan mədəniyyətinin uğurları ildən ilə artır"

"Azərbaycan mədəniyyətinin uğurları ildən ilə artır". SİA-nın məlumatına görə, bu fikri Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva deyib.

J.Əliyeva bildirib ki, ölkəmizdə mədəniyyət sahəsinin inkişafı ilə əlaqədar vacib tədbirlər həyata keçirilir. Onun sözlərinə görə, Azərbaycan mədəniyyətinin dünyada təbliği isti qamətində də mühüm işlər görülür.

"Eyni zamanda, mədəniyyət və incəsənət xadimlərinə dövlət tərəfindən diqqət və qayğı davam edir. Davamlı olaraq mədəniyyət işçilərinin dövlət təltifləri ilə mükafatlandırılması buna sübutdur. Bütün bunlar bir daha Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin parlaq nümunəsidir"- deyə, J.Əliyeva qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...