Fevralın 26-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində müasir Azərbaycan tarixinin ən faciəli səhifələrindən olan Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçiriləcək.

Nazirlikdən SİA-ya bildirilib ki, tədbirdə rejissor Nizami Abbasın “Yaddaş” studiyasında çəkdiyi “İgid əsgər” və “İsgəndərin sorağında” sənədli filmləri nümayiş olunacaq. “Azərbaycanın Milli qəhrəmanları” sənədli filmlər silsiləsindən olan sözügedən filmlər Milli qəhrəmanlar Yusif Mirzəyev və İsgəndər Aznaurovun Qarabağ müharibəsində keçdikləri şərəfli döyüş yolundan bəhs edir.

Qeyd edək ki, “Azərbaycanın Milli qəhrəmanları” sənədli filmlər silsiləsindən “Yaddaş” və “Salnamə” studiyalarında dövlət sifarişi ilə bu günədək 85 film çəkilmiş, həmin filmlərin paytaxtda və ölkənin müxtəlif bölgələrindəki mədəniyyət mərkəzlərində, hərbi hissə və hərbi məktəblərdə, ali və orta ümumtəhsil məktəblərində nümayişləri təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...