Moskvanın mərkəzindəki bağçaya Müslüm Maqomayevin adı verilib

Moskvanın mərkəzində, Azərbaycanın Rusiyadakı səfirliyinin yerləşdiyi Leontyev döngəsinin yaxınlığındakı bağçaya SSRİ Xalq Artisti, dahi Azərbaycan müğənnisi və bəstəkarı Müslüm Maqomayevin adı verilib. AZƏRTAC xəbər verir ki, bu barədə Moskva merinin müavini Leonid Peçatnikov Moskva hökuməti Rəyasət Heyətinin iclasında məlumat verib.

Xatırladaq ki, ötən il Müslüm Maqomayevin 75 illik yubileyi münasibətilə müğənninin Leontyev döngəsində yaşadığı binaya xatirə lövhəsi vurulub. Hazırda dahi sənətkarın adı verilən bağçanın girəcəyində isə Müslüm Maqomayevin heykəli ucalır.

Bütün xəbərlər Facebook səhifəmizdə