“Muğam axşamları” layihəsinin ikinci mərhələsinin ilk konserti keçirilib

Beynəlxalq Muğam Mərkəzində “Muğam axşamları” layihəsinin ikinci mərhələsinin ilk konserti keçirilib. SİA-nın məlumatına görə, konsertdə “Mahur-hindi” və “Bayatı-kürd” muğamları ifa olunub.

Gecədə tanınmış xanəndələr Xalq Çalğı Alətləri Ansamblının müşayiəti ilə muğamın müxtəlif şöbələrini ifa etməklə yanaşı, bəstəkar mahnıları və təsniflər də səsləndiriblər.

Qeyd edək ki, icrasına cari ilin mayında “Rast” muğamı ilə start verilmiş möhtəşəm layihənin növbəti konserti noyabrın 1-də “Orta mahur” və “Rahab” muğamlarının səslənməsi ilə davam edəcək.

loading...