Bu məşhur zərb-məsəli Azərbaycanda yaşayan hər kəs bilir. Hətta ermənilər də bir vaxtlar bizim bu zərb-məsəli elə bizim öz dilimizdə tez-tez işlədərdilər: "Axsaq atın kor nalbəndi!.." İşgördürən birinin bacarıqsız bir adama iş gördürməsini məhz bu zərb-məsəllə bədiiləşdirir xalqımız. İndi türk dünyasını, ümumən islam aləmini endirmək, özünün vassalına çevirmək uğrunda, gecə-gündüz baş sındıran Qərb dünyası o günə qalıb ki, heç bir etnik mənşəyi olmayan, türklərin hesabına özlərini millət kimi dünyanın gözünə soxan qaraçı bir tayfanın əli ilə istəklərini reallaşdırmağa çalışırlar. Kimsə məni qınamasın. Son vaxtlar baş verənləri izləyib, analiz etdikcə, Qərb dünyasının bu açıq-aşkar erməni sevgisinə başqa cür ad vermək mümkün olmur. Yəni kommunist ideologiyasının banisi Karl Marksın təbirincə desək, indiki sivilizasiyanın ən möhtəşəm tarixini yaradan (eyni zamanda, yaratdığı möhtəşəm tarixi yazmağa ən tənbəl xalq olan - bunu da K.Marks cənabları buyurub) bir xalqın yenidən toparlanıb, özünə qayıtmasından əndişə edən Qərb dövlətləri, bu əndişədən özlərini qorumaq naminə, hər vasitəyə əl atırlar ki, erməni-hay sevgisinin də kökündə, məhz bu məqam dayanır. Dünənə kimi, Ermənistan adlanan ölkəni SSRİ-nin varisi Rusiyanın forpostu kimi tanıyırdıq. Qərb dünyası düşünüb-daşınıb, bu qaraçı dövləti rusların əlindən qoparmaq üçün ruspərəst Koçaryanı, Sarkisyanı sıradan çıxardı və "demokrat" adı ilə Paşinyana dəstək verib, onu gətirdi hakimiyyətə. Çox əcəb.Bizim nə dərdimizə qalıb Ermənistanda kim kimi hakimiyyətdən salır, kim kimi hakimiyyətə gətirir? Bizim dərdimizə bircə o qalıb ki, bu ölkəyə, nəhayət, bir ağıllı-başlı rəhbər gələ, regionda dinc-yanaşı yaşamağın vacibliyini anlaya, bunun üçün yeni düşüncə ortaya qoya. Amma hardan! Rusun axsaq ayısının qunduzlu bal yığanları Koçaryan-Sarkisyan cütlüyünü yıxıb, kar-kor nalbəndi - Paşinyanı liderlik qoltuğunda oturdan axsaq Qərb dünyası kərəkirdi vassallarını başa salsınlar ki, Qafqzda sülh yaratmaq lazımdı, yoxsa burda savaş yenidən başlarsa, dünya savaşına çevrilə bilər. Di gəl, Paşinyanın açıq-aşkar Qafqazı yenidən qana, qadaya sürükləməsi müqabilində dünya yenə susur, hələ bəzi hallarda ona müxtəlif formatlı dəstək də verir. Məsələn, BMT Təhlükəsizlik Şurası qəbul etdiyi dörd məlum Qətnamədə, digər beynəlxalq təşkilatların qəbul etdikləri çoxsaylı sənədlərdə Ermənistanı işğalçı kimi, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasına rəğmən, bu "demokrat" gədə gəlib Azərbaycanın ərazisində, Xankəndidə çıxış edib deyir ki, Qarabağ Ermənistanın ərazisidir və onu heç kim bizdən ala bilməz. Belə çıxır ki, Qərbin bu nalbəndinin təkcə qulağı kar, gözü kor deyil, həm də ağlı başında olmayan sərsəmdir. Yoxsa bu qədər beynəlxalq sənədlərdə təsbit olunan bir həqiqəti özü görməsə də, eşitməsə də, ola bilməz ki, görüb-eşidənlər ona deməsinlər. Deyilibsə, bilirsə, belə bir bəyanatla çıxış edirsə, o zaman onu dəli, gic adlandırmaqdan savayı bir söz tapa bilmirəm. Burası bəlli! Bəs dünyada guya demokratoyanı, insan haqlarını, sülhü qoruduğunu bağıran dünya gücləri, xüsusilə münaqişəni tənzimləmək missiyasını üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri niyə belə sərsəm bəyanatlara seyrçi münasibətlə yanaşırlar? Budur Qərbin bizlərə zorla sırımaq istədiyi demokratiya, insan haqları? Bəyəm, otuz ilə yaxındır ki, yurdundan,ev-eşiyindən didərgin düşmüş bir milyondan artıq insanın adi ata-baba yurdunda yaşamaq hüquqları Qərbin maraqlarından aşağıdırmı? Belədə kimə lazımdı onların demokratiya ixracı? Elə Azərbaycanda da yetişdirməyə çalışdıqları "demokrat"ların siyasi fəaliyyətlrini izlədikcə, orda da yuxarıda dediyimiz ant-türk fəaliyyətin izlərini görməmək mümkün deyil. Bizim sosial şəbəkələrdən çıxmayan bəzi demokratlarımızın (oxu: deməkratlarımızın) əqidədaşları Paşnyanın belə sərsəmləmələrinə heç bir reaksiya verməmələri bu fikrimizin həqiqət olduğuna ən bariz nümunədir. Görünən odur ki, Qərb dünyası Azərbaycan türkünü endirmək üçün həm erməni siyasilərdən, nə yazıqlar ki, həm də, ən azı sənədinə əsasən, Azərbaycan türklərindən ibarət komanda formalaşdırır. Yəni bu axsaq atın kar-kor nalbəndləri təkcə düşmən içərisində hazırlanmır, həm də öz içimizdə formalaşdırılır. Bizə isə qalır bu niyyəti anlayıb da, istər içimizdəki olsun, istər kənarda, bu kar-kor nalbəndləri axsaq at sahiblərinin tövləsindən çıxmalarına imkan verməyək. ALLAH BU YOLDA BİZƏ YAR OLSUN, AMİN DEYƏN DİLLƏR VAR OLSUN!!

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...