Qurban Məmmədov əmmaməli mollalar kimi moizələr də deyir

Deyirlər gədanın başına qızıldan tac qoysan, yenə gədadır ki, gəda. Yəni bu kəlamın mənası odur ki, qəşəng-qəşəng paltarlar geyinsən də, zər-zibalı villalarda yaşasan da, gözqamaşdırıcı avtomabillərdə dövrə vursan da xeyri yoxdur, ağılsız və dayaz düşüncəlisənsə, sənə dəyər verən, hörmət göstərən olmayacaq. Qədim hind aforizmində deyildiyi kimi, yaxşı geyinmiş axmaq məclisdə ağzını açana qədər parlayacaq. Bu gün istər Azərbaycan cəmiyyətində, istərsə də xaricdə kök salan və əxlaqdan, mənəviyyatdan kənar fəaliyyətlə məşğul olan bəzi müxalifətyönlü mühacir ünsürlər boğazdan yuxarı, başlarından böyük ifadələr səsləndirir, fikirlər səsləndirirlər. Hətta Vidadi İsgəndərli, Qurban Məmmədov, Orduxan Teymurxan, Rafail Piriyev kimi qurbağa sifətli yaramazlar özlərini təslim etdikləri ölkələrin agentura şəbəkəsinin gözündə yüksəlmək üçün sosial şəbəkələrdə canlı yayım açıb, Azərbaycanın dəyərlərini və simvollarını təhqir edirlər. Bu məxluqlar söyüş söyməkdə bir-biri ilə sanki yarışa giriblər. El məsəlidir, "tay axtarıb, tayını tapar". Debil V.İsgəndərli ilə ağlında şübhələr olduğu sübuta yetirilən Q.Məmmədovun dost olduqları və hər zaman bir-birinə informasiya dəstəyi verdiklərini qeyd etdikdə, el məsəlinin əsaslı olduğu məlum olur. Özünü tanınmış vəkil kimi ictimaiyyətə təqdim etməyə çalışan, əslində isə, müxalifət qazanının dibini yalayanlardan olan Q.Məmmədov adı və soyadlı məxluq, həyasızcasına və əxlaqsızcasına dövlətimizə qarşı şər və böhran kampaniyası aparır. Onun-bunun qapısında yallanan bu məxluq mənəviyyatsızın biri olduğunu əməli fəaliyyəti ilə nümayiş etdirir. Zamanında 5 manatlıq kontur üçün qapılar dolaşan, Pənah Hüseynə, İbrahim İbrahimliyə, Bədrəddin Quliyevə yalvarış dolu mesajlar yazan bu məxluq indi Avropadakı "söyüş qrupu"nun sıralarının genişləndirilməsi üçün pullar paylayır. Söz yox ki, onu təlimatlandıran, özü kimi simasız və əxlaqsızlarla ağız-ağıza verib ulamağa məcbur edən anti-Azərbaycan dairələrdir. Xüsusi ilə də, sübuta yetirilir ki, qondarma "hüquqşünası" İngiltərənin kəşfiyyat orqanları ələ alıblar. Hələ orta əsrlərdən başqa ərazilərdə yaşayan insanları öz torlarına salıb, məkrli planlarının həyata

keçirilməsində alət kimi istifadə etmək təcrübəsi olan İngiltərə xüsusi xidmət orqanları Q.Məmmədovdan da yararlanmağa çalışırlar. Amma dərk etmirlər ki, Q.Məmmədov istifadə olunmuş, yarasız məxluqlardandır. Ondan 8 min dollar qarşılığında o zamankı AXC-Müsavat hakimiyyətinin baş naziri olmuş Pənah Hüseyn istifadə edib. Bunu sonralar "Milli Şura"nın sədri Cəmil Həsənli də teledebatlarda Q.Məmmədovun rəzillik yağan sifətinə deyib. O da utanıb-qızarmadan "mənzil almaq üçün Pənah bəyin verdiyi 8 min dolları almalı oldum" deməklə, satqın birisi olduğunu nümayiş etdirib. Vətən əxlaqından, torpaq təəssübündən çox-çox uzaq olan bu xəyanətkar Rusiyanın qaranlıq dairələrinin agenti rolunda da çıxış edib. Bu səbəbdən də, 2013-cü ildə ölkəmizdə keçirilən prezident seçkiləri ərəfəsi "Milli Şura"nın fəal üzvü olaraq Rusiyanın Azərbaycandakı maraqlarının qorunması təmsilçisi kimi çıxışlar edirdi. Ancaq Qərbin və ABŞ-ın məkrli dairələrinin əlaltıları olan AXCP sədri Əli Kərimli və "Milli Şura"nın rəhbəri Cəmil Həsənli sözlərini bir yerə qoyub, Q.Məmmədovu zərərsizləşdirdilər və beləliklə də, o, qurumdan xaric edildi. Bu baxımdan da, Q.Məmmədova tez-tez "Azəri fredoom" "televziyasına" çıxaraq Ə.Kərimlinin və C.Həsənlinin o ki var qabırğalarına döşəyir. "Əhrar" partiyasının sədri, Müsavat partiyasının başqanı Arif Hacılının qardaşı Vaqif Hacıbəyli sosial şəbəkələr paylaşdığı statusunda da qeyd edir ki, uzun illərin tanışı olan Qurban Məmmədov intriqa ustasıdır: "Özü də bu, onun "agent", yaxud guya hakimiyyətdə kiminsə adamı və sair olması ilə bağlı deyil. Sadəcə, bu adamın xarakteri budur. Düzələn də deyil. Amma əziyyət çəkib gecə vaxtı bu qeydləri ona görə yazdım ki, bəlkə indiki yaşında ona qarşı qərəzli olmayan 40 illik tanışının fikirlərini nəzərə alıb mövqeyində bəzi korrektlər edə".

Bir sözlə, Q.Məmmədov və Q.Məmmədova bənzəyən iki ayaqlı məxluqların dövlətçiliyə və milli maraqlara zərbə vurmağa hesablanan bəd əməllərindən çox yazmaq, çox fikirlər bildirmək olar. Sadəcə, son olaraq, qısa sual yaranır: görəsən, bu məxluqların yalları kəsiləndən sonra nə edəcəklər? Və ya xaricdə onlara "nə millətisiniz" sualı ilə müraciət olunanda, hansı üzlə və sifətlə "azərbaycanlıyam" deyəcəklər?

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə