Yazıqlar olmaqla yanaşı, deyərdim, elədiyinizin bəlasını çəkəsiniz, çənəniz yerindən çıxsın. Deyəcəksiniz, qarğış edirsən. Edərəm də, düz 25 ildir ki, ağzınızın yükünü daşıyan, dayanmaq bilməyən o çənənizin bəlasını versə, bəlkə sizin kimi parazitlərin iyrənc əməllərini eşitməzlər. Nə qədər boş-boş hay-küy salmaq olar? Nə qədər həyasızcasına utanmadan kütləvi aksiyalar keçirməklə, çənəyə güc vermək olar. Bir gün o çənəniz də yerindən çıxacaq. Bununla bərabər, əməlləriniz də ortaya çıxdıqca, o zaman zəlil olacaqsınız. Çünki sizin kimi parazitlər nə abır bilir, nə həya.

Dağıdıcı müxalif düşərgənin əxlaqsızlıq və mənəviyyatsızlıq "markası" olan Ə.Kərimli kimi cinayətkardan hansı abırı gözləmək olar? Soruşmaq lazımdır, ay boş bardağı dolu çanağa vuran satqın Ə.Kərimli, hansı kütlə ilə mitinq keçirmək istəyirsən? Yazıqlar olsun... Sən o Ə.Kərimlisən ki, ayağın dəyən yer puç olur, dağılır. Hələ bu günə kimi, həm təşkilatlarınız, həm ideyalarınız, fikirləriniz və məramlarınız da pərakəndədir. Elə zənn edirsən ki, çənəyə güc verməyin bir xeyri olacaq? Ay bədbəxt Əli, səni yanında olan özün kimi dələduz cinayətkarlar 25 ildir ki, çənəyə güc verirsiniz, bir xeyri olub ki?
25 ildir ki, bu çirkin əməllərinizlə yol gedirsiniz, nə əldə etmisiniz? Nifrət, lənət! Ə.Kərimliyə bundan da əksik sözlər yaraşır. Bununla, iş bitmir. Ə.Kərimli bir reallığı da unutmamalıdır ki, o öz abırına hakim olmasa da, Azərbaycan qanunları öz göstərişlərinə hakimdir və əsla, hansısa siyasi qüvvə üçün xüsusi ayrıcalıqlar tətbiq etməyib. Hər bir siyasi qüvvənin mövcudluğuna da, fəaliyyətinə də bərabər təminatlar yaradıb. Bundan sonra da həmin rentabelliyi qoruyub-saxlayacaq. Amma bugünkü dağıdıcı müxalifət "babam mənə kor dedi, gəlib-gedəni vur dedi" kəlamına arxayın olduğu kimi, hansı oyunlar çıxardıb, həmin qanunlar üzərində hansı təhrifləri etmək üçün çənəsinə güc verəcəksə, bax, bu, artıq tam başqa bir söhbətin mövzusudur. O zaman, doğurdan da, YAZIQLAR OLSUN!..

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...