Demişdim axı, dövlət başçısının bütün şəhid ailələrinə aid edilən birdəfəlik müavinətlərin verilməsi qərarından sonra, destruktivlər, radikallar, dağcıdıcılar, anarxistlər, siyasi mühacirlər” və bütün bunların vahid ad altında – onun-bunun altına yıxılıb, siyasi fahişəlik edənlər dərhal ağız-ağıza verib, hürüşməyə başlayacaqlar. Mitinqlərdən bir şey çıxmadığını görüb, yürüşlərdən-hürüşlərə keçiblər. Birinci dəfə deyil ki..?!

Elə bundan öncələr də, dövlət rəhbərinin verdiyi müvafiq fərman və sərəncamlarının mürəkkəbi qurumamış, başda Əli Kərimli olmaqla, onun həndəvərində quyruq bulayıb-qısanlar dərhal hərəkətə keçir, istər sosial şəbəkələrdə, istər aksiyalarda “millət”, “dövlət” bağırmalarına rəğmən, məhz xalqın, dövlətin rifahı üçün atılmış addımlardan açıq-aşkar, hətta ermənilərdən də betər şəkildə qıcıqlanırlar. Buna isə düşmənçilikdən başqa ad vermək də olmaz, çünki bir millətin səmərə görməsi üçün, o ki, qala şəhid ailələri üçün atılan addıma yalnız düşmən ağız əyər. Bunlar da gözlənildiyi kimi əydilər ağızlarını, hələ bir az da o tərəfə keçərək, dövlətin bu addımını özlərinin “qələbəsi” kimi təqdim etmək qədər arsızlıqla, həyasızlıqla, idbarlıqla. Nə deyəsən, axı, alıblar qırmızı və sərt şapalağa layiq peysərlərinə aşkar şərəfəsizliklərini...

Qayıdaq Əli Kərimliyə, çünki “Balıq başından iylənər” el məsəlini xatırlayaraq qəti şəkildə deyə bilərik ki, belə şərəfsizliklər edənlərin baş siyasi fahişəsi də məhz odur – Əli Kərimli!

Demək, axecepeçilərin baş fahişəsinin ötən gecə gözünə yuxu getməyib və dərhal qalxıb-oturub çox sevdiyi klaviaturasının arxasında, daxilindəki tükənməz fahişəlik ehtirasını sosial şəbəkə vasitəsi ilə söndürməyə çalışıb. Sən demə, dövlət xalqından “qorxurmuş” və bu da “faydalı” bir zadıymış-filan... Yəni demək istəyib ki, guya hakimiyyət bunların haray-şivənindən “qorxaraq”, sözügedən addımları atır (?!). Nə deyəsən axı bu qırmızı gədaya? Bu gəda hələ də qanmır ki, hakimiyyət xalqdan “qorxmur”, əksinə, xalqına xidmət edir, xalqının dərdinə-sərinə yanır, xalqı üçün bütün imkanlardan istifadə edir və ona görə edir ki, XALQ HAKİMİYYƏTİN MƏNBƏYİDİR! Qanmır bunu, qandırmır və qanmağa, dərk etməyə əqli də imkan vermir. Nə etsin, illərdir rusun, farsın, erməninin, ingilisin, amerikalının, norveçlinin altına yıxılıb, siyasi ehtiraslarını vəhşicəsinə öldürən bir nakəsdən başqa nəyi gözləmək olar axı?!

Deyir (yazır) ki, dövlət, 19 yanvar mitinqindən sonra bu qərarı verdiyinə görə “geri çəkilib”, yaxud, Azərbaycan xalqının (???!!!- Pul müqabilində mitinqə qatılan 2800-3000 nəfər qaragüruhçunu, şəkil çəkdirib, ondan arayış alaraq, Avropaya “siyasi mühacir” statusunda getmək istəyən tör-töküntüləri xalqla səhv salır-R.N.)

“26 yanvarda nümayiş etdirməyə hazır olduğu daha kütləvi etirazından” dolayı bu qərarı veribmiş...

Əslində, ortada təəccüblənəcək heç nə yoxdur. Məgər Əli Kərimlidən başqa hansı addımı gözləmək olardı ki? Hakimiyyətin uğurlarını “müxalifətin qələbəsi” kimi zorla xalqa sırımaq yalnız bu siyasi moşennikdən çıxar. İndi bu komsomulçu gəda və Avropadakı sülüngülər sanırlar ki, mitinqlər etməklə, “hakimiyyət xalqla hesablaşacaq”. Ona görə də söhbətinin sonunu gətirib-çıxarıb növbəti mitinqlərə, halbuki, hakimiyyət xalqla hesablaşmır, xalqla bir yerdə bu qələbələri qazanır. Həmin qələbələri ki, nəticədə yüşürlərdən hürüşlərə keçən cılızlar ağız-ağıza verib, öz havlamalarından həzz alırlar.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə