Elza Seyidcahan dahi olsa, biz nağaracox?

İnsana danışmağı öyrənmək üçün iki il, dilini dinc qoymağı öyrənmək üçün isə altmış il lazım gəlir

Feyxtvanger

Çoxlarımız it ağızlı, eşşək düşüncəli, qoyun təfəkkürlü insan körkəmində olan, amma insanlıqdan bir qədər uzaq adamlarla rastlaşmışıq. Elə də olub ki, sözlər-söhbətlər mübahisələrə və ziddiyətlərə gətirib çıxarıb, ancaq kor tutduğunu buraxmayan kimi, tərs insana bənzər adam da bəd əməlindən, yanlış fikirlərindən əl çəkməyib. Niyə belə olur və ya bu adamlar nə yeyir, nə içir, nə geyinirlər ki, ali xirlətin xeyirxah bəndəsinə çevirilə bilmirlər? Öz düşündüklərimə əsasən, suala cavab verməzdən əvvəl, ata olmağa hazırlaşan bir gəncin yunan filosofu Sokratla etdiyi söhbəti qeyd etmək yerinə düşərdi. Gənc "Mən yeni doğulacaq uşağımı necə tərbiyyə edim" sualına böyük filosof "Ədalətli cəmiyyətdə doğulsa, onu necə tərbiyyə etməyin əhəmiyyəti yoxdur" deyə cavab verir.

İndi, sözün həqiqi mənasında, Azərbaycanda ədalətli, demokratik, sivil cəmiyyət qurulub. Ancaq təəssüflər olsun ki, azad, demokratik mühitdən sui-istifadə edib, tele-məkanda, sosial şəbəkələrdə ağlına deyil, ağızına gələni danışan kifayət qədər adamlara rast gəlmək olur. Belələrinin xasiyyəti çox ağırdır. Yəni Molla Nəsirəddinin "dostu" kimidirlər, nıx dedi, dedilərdir. Bəzi ağzıgöyçəklər iddia edirlər ki, kim nə danışısa, bu, onun şəxsi işidir, demokratik dünyanın tələbləridir. O adama başa salan yoxdur ki, demokratiya ARB televiziyasında Elza Seyidcahanın milyonların qarşısında "ağzını tikim, ağzını tikim" deyə üfürməsi, əlavə olaraq, "mən dahi olacam, şəkillərim divarları bəzəyəcək" deyə gubbuldatması və ya şou əhlinin tanınmış mütrüblərindən olan Rəqsanənin "Hovuza girməzdim, məni içirdib, hovuza atdılar" deyə hırıldaması demək deyil. Eləcə də, Əli Mirəliyev adlı birinin mini-yubkalı müğənni qızla tanqo getməsi, Röyanın kamera qarşısında qarnını göstərib, "kənara çəkilin, bu saat göstərərəm" deyə ağızını ayırıb, iyirmi doqquz yarım dişini irişə-irişə göstərməsi, Aygünün, Günayın, Damlanın, eləcə də, ictimai- siyasi arenada hoppanıb, düşən və hər təkan vurub, tullandıqca ağızlarından üfunət iyi verən ifadələr tolamazlamaları, heç bir əndazəyə sığmadığı kimi, demokratik əsasnamayə də aidiyyatı yoxdur. Düşük hərəkətlərlə, süni şişirtmələrlə diqqət mərkəzinə çevirilmək də mümükün deyil. Kimsə, bu yolla seviləcəyini düşünürsə, o zaman səhv edir. Demokritın gözəl, həm də ibrətamiz bir kəlamı var: "Heç kimi sevməyəni sevməzlər".

Sonda hər kəs kimi məni də, bir məsələ narahat edir. Doğurdan, birdən əgər Elza Seyidcahan, dahi olsa, biz nağarocox? Ancaq atalar demişkən, dəlidən dahi olmaz.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...