Trampa yazdığım məktub cavabsız qalmadı

Razılaşaq ki, dünyada baş verən yeniliklər, müasir dövrün tələbləri ortaya biclərin, ağıldan kasad, dildən isə iti məxluqların ortaya cıxmasına gətirib çıxarır. Yalnız Azərbaycanın şou əhlinin düşük, axmaq hərəkətlərini, yersiz, utanc gətirən danışıqlarına fikir versək, haqlı olduğum məlum olar. Hətta dodaq altında "əhsən" deyənlər də tapılacaq. Deməli, oturub, bir qədər fikirləşəndən, saf-çürük edəndən sonra bu qənaətə gəlirsən ki, babalarımız doğrudan da müdirik olublar.

Dediklərinə, yazdıqlarına qulp qoymaq, məna axtarmaq nadanlıq olar. Bu baxımdan, "Utanmasan oynamağa nə var ki" məsəlini də babalarımız heç də səbəbsiz yerə atalar misalına çevirmədikləri qənaətindəyəm. Həqiqətən də, bir də görürsən ki, bir işə bir insanın daha cox haqqı olduğu halda, o insan abrına, həyasına, başlıcası isə qüruruna, mənliyinə sığışdırıb, o haqqı olan işə əl uzatmır. Amma sırtıq, abırsız, savadsızın birisi haqqı olmayan o işə daha çox iddia edir, əksər hallarda da uğur qazanır. Bəlkə də, bu kimi hallara görədir ki, dahi Üzeyir Hacıbəyli "İstedadlılara arxa durun, onlara ucalmağa kömək edin, istedadsızlar onsuzda özlərinə yol tapacaqlar" deyə bildirmişdir. Bu gün şou əhli arasında elə mütüriblər var ki, onların əməllərindən bütün cəmiyyət əziyyət çəkir.

O gün Aygün Kazımova hapa-kopa basıb ki, guya ərəb şəhzadələrindən biri ona beşinci arvadı olmasını təklif edib. Sonra da gözlərini döyə-döyə ona qulaq kəsilən aparıcının bərəlmiş gözlərinin içinə deyib ki, şəhzadə ona var-dövlətinin hamsını da olmasa, yarısını verməyə hazırdır. Başqalarını bilmirəm, mən bu mütüribin sözlərinə, əsla inanmıram. Facebook istifadiçilərindən olan İlkin adlı birisi də, yazıb ki, Aygünə uzaq başı 3 manat taksi pulu, əlavə olaraq da cib xərcliyi 15 manat verə bilər. Yəni, İkinin dediyindən belə çıxır ki. Aygünün dəyəri 18 manatdır. İndi kimsə, ona artıq pul verirsə, həmim adam axmaq və səfehdir, ağlındadkı, şübhələr var.

Ümumiyyətlə, bu mütüriblər ki var, çox qəliz və müəmmalı məxluqlardırlar. Pul, para xatirinə, hər cür həngamədən və məshəkədən çıxmaqdan çəkinməzlər. Kimlərinsə, yadında olar, Xocalı soyqırımının ildönümü günü Nadir Qafarzadə ilə, aşıq Zülfiyyə xarici ölkədə konsert proqramı ilə, çıxış edib, özlərindən gedənə qədər, deyib - gülüb, rəqs də etmişdilər. Nədi-nədi, qurduqları şouya görə, onlara pul verəcəklər. Mahmud kişi demişkən, boyununuza, ip ölçüm, ay belə, millətə başı aşağılıq, utanclıq gətirən azərbaycanlı. Qısası, bu mütriblər ki var, aşağıdan, yuxarıya, yuxarıdan da aşağıya hamısı, bir bezin qırağıdırlar. Ona görə də, onlardan uzaq durmaq, lazım gəlsə, hamısından imtina etmək, o zamana qədər ki, ən azı Əli Mirəliyev olsunlar. Belə baxanda onları islah etmək, müalicələrini həyata keçirməkdə mümkün deyil. Bu istiqamətdə ixtisaslaşmış ekspertlərdə, nəsə məsləhət verməkdə acizdirlər. Hətta, zamanında, şou əhlinə qaynayıb, qarışmış, onlarla eyni düşünüb, fikirləşib, birgə hərəkət etmiş ABŞ-ın prezidenti olan Donald Tramp da ağzına su alıb, susur.

İngiltərədən olan məhşur yazar Con Geravaninc ipə - sapa yatmayan şou əhlinin durdurulması üçün Donald Trampa məsləhət üçün müraciət-məktub, ünvanlasa da, suallar cavabsız qalıb. Sadəcə, köməkçisi deyib ki, "keçmişi xatırlamaq düz iş deyil". Bir qədər əvvəl, mən də, cəhd etdim. Twitter vasitəsi ilə, Donald Trampa bəşəri fəlakətə çevrilməkdə olan, mütüriblərin müalicəsi ilə bağlı məktub ünvanlamışdım. Uzun müddət gözümüz yolda, qulağımız səsdə, gözlərimiz də Twitterdə idi. O gün axşamüstü, cavab gəldi - "mənlik deyil". Olsun, bəs nə etməli, şou əhli, beyinləri və zövqləri zəhərləməkdə davam etsinlərmi?

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə