Radikalın ağlı quşda olsa idi... Köşə

İlk olaraq yazının başlığını son çatdırım. Həqiqətən də, özünə müxalifət deyən radikal cəbhəçilərin ağlı quşda olsa idi, and içirəm ki, o quş dal-dala uçardı. Oğlu Türkeli Amerikada yaşayan, özünü "siyasi mühacir" adlandıran, milli genefondumuza (sifətinə baxsanız, bilərsiniz) zərrə qədər də dəxli olmayan Səid Nuriyə həvalə edib AXCP sədri. S.Nurini ölkəmizdə tanımayan, öna xüsusi "hörməti" olmayan adam yoxdur. Vaxtilə videoları ilə gündəmi zəbt edən bu qurbağasifətin indi də işi-gücü dövlət rəsmilərini sosial şəbəkələrdə təhqir etməkdir. Sən demə, Səid, Qənimət Zahidin açdığı "Turan" TV-dən ayda maaş alırmış. Düzdür, bu kanal oktyabrın 8-də fəaliyyətə başlayıb, amma bu istiqamətdə gördüyü işlərə görə aylardır ki, yüksək məbləğdə pul alır. Öz ölkəsində "Azadlıq" qəzetini guya pulsuzluqdan çıxara bilməyən, ancaq xaricdə telekanal açan Q.Zahidlə işimiz yoxdur. Bu adamın mahiyyəti bəllidir! Bəs Səidin işi nədir? Deməli, "Turan" TV-nin Amerikada olan çəkilişlərini bu adamın aparması qərara alınıb. Hətta ABŞ-da yaşayan azərbaycanlıları da bu işə cəlb etmək ona verilən tapşırıqlar sırasındadır. Mən inanıram ki, "Turan" TV-nin qarayaxma kampaniyasında ən yaxşı iştirak edənlərdən biri də Səid olacaq, çünki o, bu "işə" ən layiq namizədlərdən biridir. Azərbaycanlı olduğundan xəcalət çəkdiyini dəfələrlə dilə gətirən Səidin millətimiz, dövlətimiz əleyhinə aparılan işdə "uğur" qazanacağı şəksizdir. İki gün bundan öncə Səidin sosial şəbəkələrdə nə yazdığını siz də oxuyun: "Təyyarədə yanımda bir əxi əyləşdi, saqqali, libasli, ətirli, əyləşən kimi də salamlaşdı, sonra başladı ərəbcə danışmağa. Əxiyə dedim bağişla ərəbcəm zəifdi, istəsən ingiliscə danişa bilərik. Təəccüblə soruşdu ki, hardansan? Amerikalıyam dedim. Amma mənimlə danışmadı". Səid, sən amerikalısanmı? Açığı, bizim millət sənin kimi dümbələklər yetişdirmədiyinə görə, azərbaycanlı olduğuna ən azı sənin qədər biz də şübhə edirik. Hansı tayfaların qarışığından peydahlanmısansa bunu müəyyələşdir, konkret yaz. Necə deyərlər, ay Səid, mən nə qədər fransızamsa, sən də bir o qədər azərbaycanlısan. Keçək Türkel Kərimliyə...

ABŞ-ı Türkelə tanıtmaq Səidə tapşırılıb. Görünən budur ki, Səid də bu işin öhdəsindən "layiqincə" gəlib. Artıq Türkelin ABŞ-da gecə klublarında, kozinolarda çıxdığı hoqqalardan hər kəsin xəbəri var. Zalım oğlu guya orda insan hüquqarı ilə bağlı "işlər" görür. Günah səndə deyil e, səni ora göndərib müxalifəti lağa qoyan liderinizdədir. Elə bir-birilərini yaxşı tapıblar. Türkel də Azərbaycana dilində danışmağı özünə sığışdırmır. Açıb baxın, əgər sosial şəbəkələrdə onun Azərbyacan dilində bircə cümləsinə rast gəlsəniz, daha nə deyim. Deməli, Türkel, pırpızbaş Mehman Hüseynovun yağışdan sonra şəhərimizin ən ucqar kəndlərində etdiyi meymunluqlarla bağlı bir foto və yazı paylaşıb. Amma ingilis dilində. Ucuz, yersiz, şit təbliğat buna deyirlər. Hansısa küçəni guya su basıb və bu da dünyaya car çəkir. Məntiqinizə asqırsınlar. Adnan Oktar dinlə necə davranırsa, siz də siyasətlə o cür davranırsız. Onsuz da sizin cameə başını itirib. Bu da günün bədbəxtliyi: İlham Hüseyn AXCP sədrini Nelson Mandella ilə müqayisə edib. Yüz faiz, göydən daş yağacaq. Utanmasan, yas mərasimində də durub oynamaq olar.

Bütün xəbərlər Facebook səhifəmizdə