“Milli Şura”nın “əməkdar” artisti Köşə

"Milli Şura" üzvlərinin əksəriyyətinin guya "alim", "mütəxəssis" olması ilə qürurlanır. Qurumun mitinqlərini poeziya məkanına çevirən, əsl artistlik qabiliyyəti nümayiş etdirən İlham Hüseynin dediklərindən belə çıxır ki, bütün sahələr üzrə "boss"ların hamısı guya bu qurumda təmsil olunur. Əbülfəz Qurbanlının "torbasını tikib" onu Dağıstanda fəhlə işləməyə məcbur edən İ.Hüseyndir iddiasının sahibi... Hələ bu məsələdə Ə.Kərimlinin hədə-qorxularını demirəm. Düzdür, o, bu sözləri boş yerə demir, kağıza nə yazıblarsa əzbərləyib mitinqdə qışqırır. Konkret faktlara keçək.

Nurəddin Məmmədlini belə təqdim edirlər: böyük alim, dəyərli ziyalı və professor. Yadınızdadırsa, bir neçə il bundan öncə N.Məmmədli Moskvada olarkən ali məktəblərdən birinin rektoru ilə qısa dialoqu olmuşdu. N.Məmmədli Moskvada ali məktəbdə dərs demək istəyirmiş. Amma rus dilini bilmir. Rektora dediklərini də başqa biri tərcümə edirmiş və onun təklifi gülüşlə qarşılanıb. Təsəvvür edin, rus dilini bilmirsən, amma Rusiyada dərs demək istəyirsən. Bu nə "ciddi"likdir, a bəylər!? Vaxt var idi özünü "hüquq elminin atası" adlandıran əzbərçi hüquqçu Qurban Məmmədov da bu qurumun üzvü idi. Sonralar məlum oldu ki, bu adam gücü çatdığı adamları ilişdirməklə "mənəvi təzminat" davası açıb, ordan gələn pulları yeməklə yaşayır. Xüsusi pafosla "ədliyyə generalı" şəklində çağırılmağı sevən Vidadi Mirkamal necə general olub? Onun vətəndaş, arbitraj, iqtisadi hüquq sahəsində dediyi, oxuduğu mühazirələri dinləyən tələbələri etiraf edərlər ki, bu adam hansı rütbəni daşımağa layiqdir. Bəlkə heç, ümumiyyətlə, layiq deyil. Bu adamda məntqi fışqırır. Bu yaxınlarda dedi ki, torpaqları işğal altında olan dövlətdə general olmaq düz deyil. Bəs sən bu rütbəni alanda, torpaqlarımız işğalda deyildimi!? Sizin "mütəxəssis" dediyiniz sabiq kənd təsərrüfatı naziri Tofiq Hüseynovun Gülümsərovsayağı "limandra" planının acı nəticələri hələ də yaşanmaqdadır. Elnur A(s)tanbəylini hüquq müdafiəçisi kimi təqdim edən "şura"çıların onun yəqin ki, bir sıra deputatlardan ayda 150 manat "haqq" aldığını bilmirlər. Bir-ikisinin pulunu şəxsən mən öz əlimlə çatdırmışam. Nədi-nədi köşəsində deputatları təhqir eləməsin. Amma ağlı başında olan adam buna pul verməz!

Vaxt var idi, cəbhəçilər Əli İnsanovu ağ yuyub-qara sərirdilər. Ə.İnsanov layiq olduğu cəzanı alandan sonra isə onu tənqid edənlərin vicdan damarı tutdu. "Azadlıq" qəzeti Ə.İnsanovla "ulu babaları" haqqında dastan yazırlarmış kmi davranır. Bu gün qəzetin 6 manşet xəbərindən 4-ü Ə.İnsanov haqqındadır. Neyləsinlər, yazıqlar saman çöpündən də ümid umurlar. Boğulanı qınamaq olmaz.

Bütün xəbərlər Facebook səhifəmizdə