Oktyabrın 23-də Sloveniyada keçirilən prezident seçkilərində 7 namizəddən heç biri 50 faiz səs toplaya bilmədiyi üçün seçki ikinci tura buraxılıb. SİA-nın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, seçkinin ikinci turunda səsvermə prosesi başa çatdıqdan sonra səslərin 86,7-si hesablanıb.
Qeyri-rəsmi nəticələrə görə, Sloveniya Pirat Partiyası və Avropa Yaşıllar Partiyasının dəstəklədiyi Natasa Pirc Musar 53,83 faiz səslə qalib gəlib. Musar ölkənin ilk qadın prezidenti olub. Musarın rəqibi Sloveniya Demokratik Partiyasının (SDS) dəstəklədiyi müstəqil namizəd və keçmiş xarici işlər naziri Anze Loqar hesablanan səslərin 46,17%-ni toplayıb. Seçici fəallığı 49,9 faiz olaraq qalıb.
Qeyd edək ki, 54 yaşlı Musar hüquqşünasdır və seçkidən əvvəl insan haqları, qanunun aliliyi və sosial rifahla bağlı kampaniya aparıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB