Nigeriyada qayığın batması 26 nəfərin ölümünə səbəb oldu

Nigeriyanın Zamfara əyalətində silahlı hücumlardan qaçan insanları daşıyan qayığın batması nəticəsində 26 nəfərin həyatını itirdiyi bildirilib. SİA xəbər verir ki, Zamfarada silahlı dəstə üzvlərindən qaçan insanların olduğu qayıq Bukkuyum yaxınlığında batıb. Əyalət 5 ildir heyvandarlıqla məşğul olan fulanilərlə əkinçiliklə məşğul olan bəzi tayfalar arasında şiddətli qarşıdurmalara səhnə olub.

Hökumət ələ keçirilən silahlı dəstə üzvlərinin ölüm cəzası ilə mühakimə olunacağını bəyan etmişdi. Nigeriya prezidenti Məhəmməd Buhari daha əvvəl təhlükəsizlik problemləri ilə əlaqədar ştatda mədən fəaliyyətini qadağan etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə