Tələbələr dərslərdən imtina ediblər - İRANDA

İranda etiraz aksiyaları ilə əlaqədar olaraq tələbələr dərslərdən imtina ediblər. SİA-nın məlumatına görə, Tehran, Təbriz, Rəşt, Həmədan, Kərəc və digər şəhərlərdə 19 universitetin tələbələri dərslərə qatılmayacaqlarını açıqlayıblar.

Bundan əlavə, Tehranda Sənət Şərif Universitetinin müəllimləri etiraz aksiyalarında saxlanılan tələbələr azad edilməyənədək dərslərə qatılmayacaqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə