"Onlar sığınacaq üçün müraciət edə biləcəklər!" - Almaniya elan etdi

Almaniya qismən səfərbərlik elan edilən Rusiyada hərbi xidmətə qoşulmaq istəməyənlərin sığınacaq üçün müraciət edə biləcəyini bildirib. SİA xəbər verir ki, Almaniyanın daxili işlər naziri Nensi Faeser bildirib ki, qismən səfərbərlik elan edilən Rusiyada hərbi xidmətə qoşulmaqdan imtina edənlər Almaniyadan sığınacaq üçün müraciət edə bilərlər. Almaniyalı nazir deyib: "Bir qayda olaraq, ağır repressiya təhlükəsi altında olan fərari əsgərlər Almaniyada beynəlxalq müdafiədən istifadə edirlər. Vladimir Putin rejiminə cəsarətlə qarşı çıxan və buna görə də siyasi təqiblərə görə özünü böyük təhlükəyə atan hər kəs Almaniyada olmalıdır. Sığınacaq üçün müraciət edə bilər". Nensi Fazer bəyan edib ki, Almaniya artıq aylardır təqib olunan və təhdid edilən rusiyalı müxalifləri qəbul edir.

Ədliyyə naziri Marko Buşman isə deyib: “Putinə nifrət edən və liberal demokratiyanı sevən hər kəs Almaniyada bizə qoşula bilər”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...