Türkiyə ordusu daha 12 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın şimalında daha 12 terrorçu zərərsizləşdirilib. SİA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, terrorçular Suriya ərazisində “Fərat qalxanı” və “Zeytun budağı” hərbi əməliyyatlarının keçirildiyi bölgədə məhv edilib. Onların türk hərbiçilərinə qarşı terror aktı planlaşdırdıqları müəyyən olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə