"Belə bir tarixi zamanda birlikdə olmaq lazımdır"

NATO-nun Baş katibi Yens Stoltenberq Çavuşoğlu ilə telefonla danışdığını, Türkiyənin təhlükəsizlik problemlərinin həll edilməsinin vacibliyini bildirib.

NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefonla danışdığını, Türkiyənin təhlükəsizlik problemlərinin həll edilməsinin vacibliyini bildirib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Yens Stoltenberq sosial media hesabında xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı apardığını bildirib.

Stoltenberq qeyd edib ki, görüş zamanı Finlandiya və İsveçin NATO-ya üzvlük üçün müraciət etmək qərarı müzakirə olunub.

“Türkiyə dəyərli müttəfiqdir və təhlükəsizliklə bağlı bütün narahatlıqlar aradan qaldırılmalıdır. Belə bir tarixi zamanda birlikdə olmaq lazımdır”, -deyə o ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə