Gəl, indi bu ruslardan baş aç, görüm necə açırsan...

Yaxşı, indi bunu necə başa düşək?

...Bir yandan Rusiya prezidenti Vladimir Putin Finlandiya və İsveçin NATO-ya daxil olması Rusiya üçün təhlükə yaratmadığını bəyan edir.

...O biri yandan Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb deyir ki, İsveçin NATO-ya qoşulacağı təqdirdə Rusiya milli təhlükəsizliyə təhdidləri dayandırmaq üçün cavab tədbirləri görməyə məcbur olacaq.

Və bununla bağlı qeyd edilir ki, Stokholmun Şimali Atlantika Alyansına qoşulması “Şimali Avropanın və bütövlükdə Avropa qitəsinin təhlükəsizliyinə ciddi ziyan vuracaq”.

Təbii ki, Rusiya Federasiyası da bununla bağlı milli təhlükəsizliyinə yaranan təhdidləri dayandırmaq üçün həm hərbi-texniki, həm də digər xarakterli cavab addımları atmağa məcbur olacaq.

Deyim ki, ruslar onu da vurğulayıblar ki, tədbirlər İsveçin NATO-ya inteqrasiya şərtlərindən asılı olacaq.

Hə, indi gəl bu rusların nə istədiklərindən baş aç, görüm necə açırsan...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...