Qarabağı, Şərqi Zəngəzuru Azərbaycan özünün tarixi torpaqları kimi inkişaf etdirəcək - MÜNASİBƏT BİLDİRİLDİ
“Cənab Prezident ötən il Novruz bayramını Şuşada, bu il isə Suqovuşanda keçirdi. Bununla da bir azərbaycanlı kimi köklərimizə, tariximizə, adət-ənənələrimizə sıx bağlılığını bir daha nümayiş etdirdi”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə, Suqovuşandakı Novruz bayramı tədbirləri bugünki Azərbaycan inkişafınının bütün sahələrində özünü əks etdirir: “Turizm kompleksinin əsasının qoyulması, avarçəkmə-idman kompleksinin işə başlaması, bərpa edilən məhləli evlərdən birinin açılışında iştirak etməsi, qəsəbədəki mövcud məktəbin kökündən təmir edilərək müasir məktəb kompleksinə çevrilməsi ilə bağlı tapşırıqların verilməsi bunların hamısı diqqət çəkən məqamlardan oldu. Ermənistan torpaqlarımızı viran edirdisə, məktəbləri, evləri, uşaq bağçalarını dağıdırdısa Azərbaycan işğaldan azad etdiyi torpaqlarda böyük quruculuq işləri aparır, nümunəvi yaşayış komplekləri yaradır, srtuktur bərpa edir. Eyni zamanda cənab Prezident Azərbaycan xalqını təbrik etdiyi zaman bir sıra məqamlara toxundu. Onun çıxışının qırmızı xətti “Biz Qarabağa, Şərqi Zəngəzura əbədi qayıtmışıq” fikri oldu. Bu torpaqlar əbədi Azərbaycan torpaqlarıdır. Müstəqilliyimizi itirdikdən sonra çox təəsssüf ki, o torpaqlara zorla ermənilər yerləşdirildilər. Azərbaycanlılar sıxışdırıldılar. 30 il əvvəl torpaqlarımız Ermənistan tərəfindən işğal edildi. Qəhrəman Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edərək Azərbaycan bayrağını buralarda dalğalandırdı. Biz bu torpaqlara sadəcə sahib olmuruq, biz onu dünyanın nümunə götürəcəyi bir bölgəyə çevirməyə çalışırıq. Cənab Prezidentin bu məsələlərlə bağlı çox düşünülmüş və uğur gətirən fəailyyəti var. İnfrasturkturlar yenilənir, Füzuli aeroportunun açılışı oradakı quruculuq işlərinə böyük təkan verəcəkdir. Zaman-zaman daha çox ölkələr bərpa işlərində iştirak etmək istəyirlər. Burada turizm kompleksləri yaradılacaq, xarici vətəndaşların istirahət üçün böyük maraqla gələcəyi bir zonaya çeviriləcəkdir. İşğaldan azad edilən zonalarda böyük sənaye müəsisələri yaradılacaqdır. İnsanların rahatlığı üçün bütün işlər görüləcəkdir. Bunlar barəsində vaxtaşırı cənab Prezidentin çıxışında məlumat verilir.
Qarabağı, Şərqi Zəngəzuru Azərbaycan özünün tarixi torpaqları kimi inkişaf etdirəcək, burada ən gözəl layihələri həyata keçirəcək və Azərbaycan bu torpaqların uğurlu bərpası ilə dünyada tanınacaqdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB