Əlcəzair İspaniyadakı səfirini geri çağırıb

Əlcəzair İspaniyadakı səfirini geri çağırıb

Əlcəzair İspaniya hökumətinin Qərbi Sahara məsələsində mövqeyində kəskin dəyişikliyə işarə edən bəyanatlarından sonra Madriddəki səfirini məsləhətləşmələr üçün dərhal geri çağırmaq qərarına gəlib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə Əlcəzair Xarici İşlər Nazirliyinin yaydığı kommünikedə deyilir.

Qeyd edək ki, İspaniyanın Baş naziri Pedro Sançes Mərakeş kralı VI Məhəmmədə məktub göndərib və orada rəsmi Madridin “Mərakeş üçün Sahara probleminin əhəmiyyətini qəbul etdiyini” qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə