“Bunlar hamısı Rusiyanı parçalamağa hesablanıb”

“Bunlar hamısı Rusiyanı parçalamağa hesablanıb”

Dövlət Dumasının sədri Vyaçeslav Volodin prezident Vladimir Putinə qarşı hücumların Rusiya Federasiyasını məhv etməyə hesablandığını bildirib.

“Bu, hamıya bəlli oldu: Putinə hücumlar Rusiyanı məhv etmək məqsədi daşıyır”. Qeyd edək ki, rusiyalı spiker bunu “Telegram” kanalında yazıb. SİA “rambler”ə istinad edir.

“Məlum oldu ki, siz bizim ölkənin əhalisini ümumiyyətlə tanımırsınız”, - deyə Volodin dövlət başçısına ünvanına sərt bəyanatlar göndərənlərə müraciət edib.

Onun sözlərinə görə, ABŞ prezidenti Cozef Bayden Ukraynadakı vəziyyətə görə məsuliyyət daşıyacağını anlamağa başlayıb: “Vaşinqtonda isteriya hökm sürür.

Senatorlardan tutmuş prezidentə qədər. Səbəblər bəllidir: Rusiyaya qarşı sanksiyalar nəticə vermədi; cəmiyyət Putinin ətrafında toplandı; Ukrayna nəzarətdən çıxıb; enerji daşıyıcılarının və yanacağın bahalaşması isə təkcə ABŞ-da deyil, həm də Avropada da rekordları qırır”.

Volodinə görə, Bayden Ukraynada baş verənlərə görə cavab verməli olacağını artıq anlamağa başlayır.

Dövlət Dumasının sədri daha sonra Rusiya prezidentinin əvvəllər Baydeni təhlükəsizlik məsələsində dialoqa getməyə çağırısa da, lakin Baydenin bunu zəruri hesab etmədiyini bildirib.

Bir daha xatırladaq ki, ABŞ prezidenti Cozef Baydenin rusiyalı həmkarı Vladimir Putini “müharibə cinayətkarı” adlandırması bəzi rusiyalı məmurlar tərəfindən birtərəfli qarşılanmayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə