ABŞ-ın Rusiyadan enerji idxalına qadağası urana aid deyil. SİA-nın məlumatına görə, "RİA Novosti" xəbər verir ki, ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan belə bir istisnanı "Reuters" agentliyi yayımlayıb.
Belə ki, agentliyin qeyd etdiyi kimi, ABŞ-ın enerji sənayesi urana görə Rusiya, Qazaxıstan və Özbəkistandan asılıdır. Çünki ABŞ atom elektrik stansiyalarında istifadə olunan uranın təxminən yarısını bu ölkələrdən alır.
Məhz bu səbəbdən Amerika enerji sənayesinin nümayəndələri Ağ Ev Rusiyadan uranın idxalına qadağa qoymamağa israr edirlər.
Nəşrin məlumatına görə, ABŞ-da uranın öz istehsalı və ya emalı yoxdur
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB