Almaniya Litvaya əlavə olaraq 350-yə qədər hərbçi göndərməyə hazırdır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Almaniyanın Müdafiə Nazirliyinin rəsmi "Twitter" hesabında deyilir.
"Biz NATO-nun şərq cinahında dəstəyimizi gücləndiririk. Biz Bundestaqı məlumatlandırmışıq ki, Litvada döyüş qrupuna 350-dək əlavə hərbçi göndərilə bilər. Almaniyanın müdafiə naziri Kristin Lambreht bunu Baltikyanı tərəfdaşlarla razılaşdırıb", - deyə məlumatda deyilir.
Xatırladaq ki, daha əvvəl Almaniyanın müdafiə naziri Kristin Lambreht "Funke" mediaqrupuna açıqlamasında bildirmişdi ki, Almaniya Litvada əlavə hərbi kontingentin yerləşdirilməsi imkanını istisna etmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB