Əfqanıstanda Tacikistanla sərhəd yaxınlığında 5,1 bal gücündə zəlzələ qeydə alınıb.

SİA-nın məlumatına görə, bu barədə ABŞ Geoloji xidməti bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri Bədəxşan vilayətinin İşkaşim şəhərindən təqribən 13 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 103 kilometr dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə