Ölkənin cənub bölgələrini PUA-larla hədəf alırlar

Yəməndə hökuməti dəstəkləyən Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri İranın dəstəklədiyi husilərin ölkənin cənubuna göndərdiyi bomba yüklü pilotsuz uçuş aparatını (PUA) məhv edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ölkənin cənub-qərbindəki Xamis Müşayt ərazisinə bomba yüklü İHA göndərildiyi bildirilib.

Açıqlamada, sözügedən pilotsuz təyyarənin Səudiyyə Ərəbistanı Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən zərərsizləşdirildiyi, husilərin mülki əhalini hədəf almağa davam etdiyi və koalisiya qüvvələrinin buna qarşı lazımi tədbirlər gördüyü bildirilib.

Uzun müddətdir ki, siyasi qeyri-sabitliyin hökm sürdüyü Yəməndə husilərlə hökumətə bağlı qüvvələr arasında toqquşmalar baş verir. Husilər 2014-cü ilin sentyabr ayından etibarən paytaxt Səna və bəzi bölgələri nəzarətdə saxlayır, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri isə 2015 -ci ilin martından bəri husilərə qarşı Yəmən hökumətini dəstəkləyir. İranın dəstəklədiyi husilər tez-tez Səudiyyə Ərəbistanının cənub bölgələrini ballistik raketlər və PUA-larla hədəf alırlar.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə