Qanun əsas müttəfiq olan ABŞ ilə münasibətləri təhdid edir

Polşa parlamenti hökumətin rəqiblərinin tənqidini susdurmaq cəhdi olduğu düşünülən yeni bir media qanun layihəsini qəbul edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, hökumət qanunun düşmən xarici güclərin yayımçılarını nəzarətə götürmək üçün lazım olduğunu deyir.

Ancaq tənqidçilər bunun ABŞ-ın Discovery şirkətini ölkənin ən böyük televiziya şəbəkəsi olan TVN -ni satmağa sövq etmək cəhdi olduğunu deyirlər. Qanun əsas müttəfiqi olan ABŞ ilə münasibətləri təhdid edir və Polşada media azadlığı ilə bağlı Aİ-nin narahatlığını dərinləşdirir.

Çərşənbə axşamı günü Polşada minlərlə nümayişçi təkliflərə qəzəblərini ifadə etmək üçün küçələrə çıxıb. Varşavada parlamentin qarşısına toplaşan izdiham, Krakov, Vroslav, Poznan, Lublin və Şeçesində mitinqlər keçirir. Hökumət, Çin və Rusiya firmalarının Polşa mətbuat orqanlarına nəzarət etməsinin qarşısını almaq üçün Avropa İqtisadi Bölgəsi xaricində olan şirkətlərin birbaşa yayımçıya sahib olmasını qadağan edən mövcud qaydaların sərtləşdirilməsini müdafiə edib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə