Xəstəxana tapmaq üçün 5 saat sərf olundu

Yaponiyanın 120 fərqli səhiyyə müəssisəsində koronavirus xəstəsi üçün yer tapılmaması, bu xəstəliklə əlaqədar narahatlıqları artırıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Tokioda yaşayan 50 yaşlarında bir xəstə avqustun əvvəlində Covid-19 tutub. Evdə müalicə olunan xəstə iki gün ərzində nəfəs almaqda çətinlik çəkmək kimi ağır simptomlar göstərməyə başlayıb. Səhiyyə mütəxəssislərinin vəziyyəti pisləşən xəstəni xəstəxanaya yerləşdirmək üçün bir xəstəxana tapmaq üçün 5 saat vaxt sərf etdiyi və təxminən 120 xəstəxananın xəstəni qəbul etmədiyi öyrənilib. Xəstəxana rəhbərliklərinin "yataqların demək olar ki, hamısının dolu olduğunu" əsas gətirərək xəstəni rədd etdiyi bildirilib. Covid-19 xəstəsinin nəticədə Tokiodakı Nippon Tibb Məktəbi Xəstəxanasına yerləşdirildiyi bildirilib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə