"Bepi Colombo" kosmik gəmisinin əsas hədəfi Merkuridir. Lakin kosmik gəmi son təyinat nöqtəsinə gedərkən Veneranın cazibə qüvvəsindən istifadə edərək planetə yaxınlaşıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, aparat Veneranın şəklini çəkə bilib.
"Solar Orbiter" aparatı da ötən gün Veneranın yanından keçib. Beləliklə, iki kosmik gəmi Veneranın yanından qısa fasilələrlə keçib. "Bepi Colombo" iki peykdən ibarətdir: MPO (Mercury Planetary Orbiter) və MMO (Mercury Magnetospheric Orbiter). MPO Merkurinin ətraflı xəritəsini hazırlayacaq, MMO isə maqnitosferi araşdıracaq. Ancaq bunu etmək üçün Veneranın cazibə qüvvəsindən yararlanmalı və Merkuriyə doğru hərəkət etməli idi. Xoşbəxtlikdən, "BepiColombo" və "Solar Orbiter" qısa müddətdə Veneranın yaxınlığında müşahidə aparıblar. Bu, elm adamlarına müşahidə etmək üçün unikal bir fürsət verib. ESA-dan verilən açıqlamaya görə, Veneranın bu görüntüsü Mercury transfer modulunun üçüncü kamerası "BepiColombo" tərəfindən çəkilib. Fotoda "BepiColombo"nun antenası və onun bir hissəsi görünür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB