8 ildən sonra yenidən hakimiyyəti ələ keçirdilər

İranın rəsmi xəbər agentliyi İRNA-nın verdiyi məlumata görə, İbrahim Rəisinin Məclisdə andiçmə mərasiminə 115 ölkədən 265 qonaq qatılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, prezident seçkilərində İranda rekord səs toplaması ilə qalib gəldikdən sonra andiçən səkkizinci prezident İbrahim Rəisi, ölkənin dini lideri Ayətullah Əli Xamneyidən sonra İnqilab rəhbəri mövqeyində oturmaq ehtimalı olan adlardan biridir. 8 illik hakimiyyəti dövründə "mötədil mühafizəkar" kimliyi ilə tanınan və Qərbə qarşı mülayim siyasətləri izləyən Həsən Ruhani müddəti, mühafizəkar hakim Rəisinin İranda prezidentliyə başlamasından sonra rəsmən sona çatıb. Beləliklə, iqtidarda olmasa da, ümumilikdə ölkə idarəçiliyində söz sahibi olan və Qərbdən uzaq siyasətə üstünlük verən mühafizəkarlar 8 ildən sonra yenidən hakimiyyəti ələ keçirdilər.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə