Belçikada daşqın qurbanlarının sayı 42-YƏ ÇATIB

İtkin düşmüş siyahıya alınan bir kişinin cəsədi çərşənbə günü Belçikanın Lieqe bölgəsində tapılıb. SİA xəbər verir ki, bu barədə yerli RTL telekanalı məlumat yayıb.

Ölən şəxs təbii fəlakətdən ən çox zərər çəkən Verviers şəhərinin sakini olub. Beləliklə, Belçikada daşqınlardan ölənlərin ümumi sayı 42 nəfərə çatıb. Qeyd olunur ki, bir qadın da itkin düşüb.

Çinin Henan əyalətində isə daşqın qurbanlarının sayı 99-a yüksəlib.

Xatırladaq ki, 14-15 iyul tarixlərində güclü leysan yağışları Belçikanın cənub əyalətlərini təsirə məruz qoyub və görünməmiş daşqınlar müşahidə edilib. Səlahiyyətli orqanlar fəlakətdən gələn ziyanı yüz milyonlarla avro olaraq qiymətləndirirlər və bildirirlər ki, dağılan ərazilərin bərpası illərlə davam edəcək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...