"Covid" məhdudiyyətlərinə qarşı ETİRAZLAR BAŞLADI

Minlərlə insan Covid məhdudiyyətlərinə və polislə toqquşmalara etiraz edərək Avstraliyanın Sidney küçələrinə çıxıb. SİA xəbər verir ki, bu barədə yerli ABC telekanalı məlumat yayıb.

Yeni Cənubi Uelsin Polis katibi David Elliottun dediyinə görə, 3500 "eqoist balbes" küçələrə çıxıb və hesab edirlər ki, qanun onlara şamil edilməməlidir.

Etirazlarla əlaqədar 57 nəfərin ittiham olunduğu bildirilir. Kanal xəbər verir ki, polis etirazçıların şəxsiyyətini müəyyənləşdirəcək 22 müstəntiqdən ibarət xüsusi bir qrup yaradıb.

Kanal qeyd edir ki, "delta" ştammının yayılması fonunda tətbiq olunan qapanma 4 həftədir Sidneydə davam edir. Melburn və Brisbendə də kiçik nümayişlər təşkil edilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...