Dünya "Covid"lə keçmişdə də üzləşib

Dünya "Covid"lə keçmişdə də üzləşib

ABŞ alimləri tərəfindən aparılan araşdırmaya görə, 20 min il əvvəl Şərqi Asiyada koronavirusun izlərinə rast gəlinib. SİA-nın əldə etdiyi məlumata görə, hazırda dünyada alfa, beta, delta və qamma başlıqları altında 29 koronavirus növü var. Covid-19 bunlardan yalnız biridir.

“Current Biology” jurnalının yaydığı açıqlamaya görə, 20 min il əvvəl Şərqi Asiyada yaşayan insanların DNT-sində qlobal iz qoyacaq qədər təsirli olan bir koronavirus pandemiyası yaşandığı bilinir.

Araşdırmada o da məlum olub ki, qədim koronavirus bölgədə illər uzunu təsir gücünə malik olub və mövcud koronavirus pandemiyası peyvəndlə nəzarət edilmədiyi təqdirdə ağır nəticələrə səbəb ola bilər.

Arizona Universitetinin bioloq alimi David Enard bildirib ki, bu bizi narahat etməlidir: “İndiki pandemiya nəsillər boyu davam edə bilər".

Bioloq qeyd edib ki, mövcud olan koronavirusların genlərini araşdırmaqdansa, virus daşıyan insanların DNT-sindəki təsirlərini araşdırmaq daha effektlidir. Virusların insan genomunda nəsillər boyu çox böyük dəyişikliklərə səbəb olub.

Qədim insanlar inkişaf etdikləri mutasiyaları növbəti nəslə ötürdülər.

Araşdırmada virus mutasiyalarının sonrakı nəsillərə ötürüldüyünə diqqət çəkən alimlər virusların tarixini yenidən qurmaq üçün bu genetik variasiya nümunələri daxilində insan genomunu tədqiq etdiklərini deyiblər.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə