Konqo Demokratik Respublikasında vulkan püskürməsi zamanı boru kəmərlərinə ziyan dəyməsi səbəb ilə 500 min insanın susuz qaldığı bildirilib. Hadisə boru kəmərlərinin zədələnməsi nəticəsində baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, vulkan püskürməsi vəba təhlükəsinin artmasına səbəb olub. Vulkanın yenidən aktiv olacağından qorxaraq 400 mindən çox insan evlərini tərk edib.
Dünyanın aktiv vulkanları arasında olan "Nyiragongo", 2002-ci il 22 maydan fəaliyyətə başlayıb. Partlayış anından bu günə qədər 250 nəfər həyatını itirib, 120 min insan isə bölgədən köçüb.
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB