Dünyada son sutka ərzində 353 minə yaxın şəxs koronavirus səbəbindən vəfat edib
Dünyada son sutka ərzində 352 685 nəfər koronavirusa yoluxub, 8 055 nəfər ölüb.
SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.
Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 170 426 245 yoluxma hadisəsi, 3 548 628 ölüm faktı qeydə alınıb.
Son 24 saat ərzində yoluxmanın 41 faizdən çoxu Cənub-Şərqi Asiyanın (145 075) payına düşür.
Digər yerləri isə Şimali və Cənubi Amerika (114 062) ilə Avropa (38 220) bölüşür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB