Almaniya kansleri Angela Merkel, Rusiya ilə dialoqun davam etdirilməsinin tərəfdarı olduğunu söyləyib. SİA xəbər verir ki, Almaniya kansleri Angela Merkel bunu Avropa Birliyi sammitində deyib.
Kansler bunu onunla izah edib ki, Avropa Birliyi Avropa maraqlarını ABŞ Prezidenti Co Baydendən daha yaxşı təmsil edə biləcək.
Qeyd olunur ki, bir gün əvvəl, Avropa ölkələrinin Rusiya ilə münasibətlərə yanaşmalarının müzakirə edildiyi Avropa Birliyi sammiti keçirilib.
Merkel, müəyyən məsələlərdə fərqli fikirlərin ola biləcəyini, bununla belə dialoqa davam etdiyini və görüşdüyünü vurğulayıb. O, vaxtaşırı Vladimir Putin ilə danışıqlar apardığını deyib.
Almaniya kansleri, Avropa Birliyi sammitində Avropa ölkələrini bu yanaşmanı dəstəkləməyə çağırdığını qeyd edib.
O, “Putin və Bayden arasındakı görüş baş tutsaydı, "çox sevinərdim", deyib.
Xatırladaq ki, bir qədər əvvəl Kreml Rusiya və ABŞ prezidentlərinin 16 iyun tarixində görüşəcəklərini bildirib. Qeyd olunur ki, danışıqlar İsveçrənin Cenevrə şəhərində baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB