İndoneziyada turistlərlə dolu qayıq aşıb. SİA xarici mətbuata istinadən verdiyi xəbərə görə, buna səbəb turistlərin selfi çəkmək istəməsi olub.

Belə ki, sosial media üçün selfi çəkdirmək istəyən çılğın gənclər qayığın bir tərəfinə toplaşıblar və ağırlığa tab gətirməyən qayıq çevrilib. Xilasedicilərin cəhdlərinə baxmayaraq sərnişinlərin həyatını xilas etmək mümkün olmayıb.

“Independet” qəzeti xəbər verir ki, hadisə zamanı 7 nəfər ölüb.

Qeyd edək ki, qayıq 13 yaşlı bir oğlan tərəfindən idarə olunub. 6,5 metr uzunluğundakı qayıq maksimum 14 nəfərin daşıya bilərdi. Polisin verdiyi açıqlamaya görə, qəza zamanı qayıqda 20 nəfər olub. Çevrilən qayıqdakı 11 nəfərin bölgəyə göndərilən qruplar tərəfindən qurtarılıb. Lakin iki nəfər hələ də itkindir. İtkin insanlar üçün axtarış və xilasetmə işlərinin davam edir.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə