“Əgər Paşinyan yenidən erməni rəhbərliyinə gətirilsə, deməli, Ermənistan dünya xəritəsindən silinəcək”. Bu fikiri erməni saytına Özbəkistanda doğulub, hazırda rusların qanadı altına sığınaraq Ermənistan “təəsüfü çəkən” politoloq Semyon Baqdasorov bildirir. SİA bunu erməni saytlarına istinadən yazır.
Bilirsiniz, Baqdasorovu daha çox qorxudan nədir? Son zamanlar əksər ermənilərin Türkiyəyə meyl etməsi. Baqdasorov həmişə olduğu kimi, bu dəfə də türklərin ünvanına xeyli “ittıham”lar səsləndirir. Təbii ki, o burada ruslara yalmandığını da gizlədə bilmir.
Deyir, müharibədə qələbə qazanan Azərbaycan indi də Ermənistanı xəritədən silməyə çalışır. Baqdasorov azərbaycanlıların bunu türklərin köməyi ilə həyata keçirməyə çalışdıqlarını bildirir. “Kişinin oğlu” özünə sərf edən misallar da gətirir.
Deyir, baxın, bu gün Acarıstanda nələrin baş verdiyinə diqqət yetirin...
Semyona görə, Acariyanda əhalinin xristian hissəsi artıq müsəlmanlaşmaya doğru gedir. Çünki türklər Acariyada hər şeyə və oradakı hər kəsə nəzarət edirlər. Son üç ildə bu ölkədə türklərin 150-yə qədər məscid tikdirdiyini bildirən Baqdasarov Acariyada hər şeyin İslam dini strukturları vasitəsi ilə həyata keçirdiklərini bildirir. Erməni politoloqa görə, Acariyada hər şey
Türk Cümhuriyyəti Ruhani İdarəsi tərəfindən idarə olunur, yəni orada imamlar təyin edilir. Acariyada işdə bir az uğur qazanmaq, mənzil alqı-satqısında endirimlər etmək istəyirsənsə, bunun üçün məscidə, yəni türklərə müraciət etməlisən. Qeyd edək ki, Baqdasarov bu aqibətin Ermənistanı da gözlədiyini istisna etmir. Onun fikrincə, amma bu Ermənistanda daha pis ola bilər.
Baqdasarov daha sonra deyir ki, əgər Türkiyə Ermənistanla sərhədi açsa, bu vaxt Türkiyə və Azərbaycan xüsusi xidmət orqanları Ermənistana iqtisadi və siyasi bir şəkildə Türkiyənin genişlənməsini gətirəcəkdir. Bu isə tədricən Ermənistan dövlətçiliyinin məhv olmasını gətirəcək. Yəni türklər hər cür iqtisadi vədlər hesabına erməni dövlət hakimiyyəti sisteminə nüfuz edəcəklər. Baqdasarova görə, dedikləri artıq baş verir. Onun fikrincə, bunu anlamaq üçün hazırkı hökumət nümayəndələrinin çıxışlarını dinləmək kifayətdir: “Bütün bunların nəticəsi Ermənistan dövlətçiliyinin məhvidir, buna əmin ola bilərsiniz”.
Yeri gəlmişkən, Baqdasarov, bəzi ermənilərdən fərqli olaraq, çörəyini yediyi ölkənin ünvanına xoş sözlər deməyi, yəni ruslara yalmanmağı da unutmur. Qərbin Rusiyaya əks çəki kimi qəbul edilən Türkiyədən “imtina etməkdə” maraqlı olduğunu bildirir. Erməniyə görə, Qərb üçün təsir dairəsini Ermənistan hesabına genişləndirmək daha faydalıdır(...yiyən ölsün!).
Ermənistanda iyunun 20-də keçiriləcək seçkinin baş tutacağına ümid bəsləyən Baqdasarov erməniləri Nikol Paşinyana səs verməməyə çağırır. Çünki, erməni politoloqa görə, əgər Nikol yenidən seçilsə, bu zaman Ermənistan dövlətini artıq unuda bilərsiniz. Bu isə, təkcə Ermənistan sakinləri üçün deyil, həm də bütün dünya erməniliyi üçün bir məğlubiyyət olacaq. Yəni erməni kimliyi məhv ediləcək.
...Bunları deyənin, təkcə türk dünyasına deyil, ümumiyyətlə, İslam dünyasına düşmən kısilən cılız bir erməninin elə özü kimi cılız düşüncələri olduğunu da unutmaq lazım deyil.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB