Hansı ordudakı qadınlara dodaq boyasından istifadəyə icazə verildi?

ABŞ Ordusundakı qadınlara dodaqlarını rəngləməyə icazə veriləcək və ümumiyyətlə, bu ölkənin Quru Qoşunları işçilərin xarici görünüşünə dair tələbləri dəyişdirəcək. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə “Hill” qəzeti yazır.
Qəzet yazır ki, indi ABŞ Ordusundakı qadınlara uzun saçlarını yığmağa, çox qısa saç kəsmələrinə, sırğalar taxmalarına, dodaqlarını boyamalarına və dırnaqlarına lak vurmalarına icazə veriləcək. Dəyişikliklər, əsasən, qadın hərbi qulluqçulardan ibarət olan müxtəlif komissiyaların tövsiyələrinə əsaslanır.
"Bu, əsgərlərimizin, qoşunlarımızın rahatlığını təmin etmək, insanların yaşayışını birinci olaraq nəzərə almaq, narahatlıqlarını anlamaq, lazım olduqda hərəkətə keçmək və onları ən yüksək hazırlıq səviyyəsində saxlamaq məqsədi daşıyır. Bərabərlik, müxtəliflik ordunun hazırlığı üçündür, çünki hər təbəqədən olan əsgərlərimiz var və onları nəzərə almalıyıq. Buna görə ordu siyasətimiz bərabərliyi və əhatəliliyi təşviq etməlidir", deyə qəzet general-leytenant Qary Britonun sözlərini sitat gətirərək yazır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...