Tramp: “Bayden qələbəsinin doğruluğunu sübut etməlidir”

“ABŞ prezidentliyinə namizəd Coe Bayden yalnız seçkilərdə qazandığı səslərin doğruluğunu sübut edəcəyi təqdirdə prezident ola biləcək”.

SİA “İnterfax”a istinadən xəbər verir ki, bunu prezident Donald Tramp "Twitter" səhifəsində yazıb.

ABŞ lideri əlavə edib ki, Bayden Ağ Evə prezident olaraq yalnız o halda daxil ola bilər ki, 80 milyon səsinin saxtakarlıqla və ya qanunsuz yolla alınmadığını sübut etsin: "Detroyt, Atlanta, Filadelfiya və Miluokda kütləvi seçici saxtakarlıqları baş verib. Onun həll olunmayan böyük problemləri var”.

Bütün xəbərlər Facebook səhifəmizdə