Koronavirus Azərbaycana da yaxınlaşdı Təsdiqləndi!

İranın rəsmi dövlət orqanları ölkədə iki nəfərin yeni növ koronavirus a yoluxduğunu və müalicə alacağını təsdiqləyib. SİA xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur məlumat verib.

Onun sözlərinə görə məsələni dəqiqləşdirmək üçün növbəti analizlər də aparılacaq. Belə ki, məlumatda qeyd edilib ki, xəstəlik son 2 gün ərzində koronavirus şübhəsi ilə xəstəxanaya müraciət edən şəxslərdə olub. Müraciət edənlərin çoxu qripdən əziyyət çəkirmiş.

Koronavirusa yoluxmaqda şübhəli bilinən hər iki şəxs karantinə alınıb.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...