Çindən idxala xarici ekspert münasibəti

Çindən idxala xarici ekspert münasibəti

Rusiyalı ekspert Çindən meyvə və tərəvəz idxalının məhdudlaşdırılmasına münasibət bildirib. SİA-nın RİA Novostiyə istinadən verdiyi məlumata görə, Rusiyanın Milli Meyvə-Tərəvəz İttifaqının direktoru Mixail Qluşkov qeyd edib ki, Çindən meyvə və tərəvəz tədarük etməkdən rus pərakəndə ticarıt satıcıları imtina edərsə, bu məhsulların qiyməti ilk növbədə Uralda və xüsusilə, Uzaq Şərqdə qalxa bilər.

Qeyd olunur ki, Rusiyanın ən böyük pərakəndə satıcılarından biri olan "Magnit" koronavirusun yayılması təhlükəsi səbəbiylə bazar ertəsi Çindən meyvə və tərəvəz tədarükünü dayandırıb.

"Rusiyanın Avropa hissəsində əlbəttə ki, nə pomidor, nə xiyar, nə də alma ilə əlaqədar heç bir problem olmayacaq", - deyən Qluşkov RİA Novosti-yə bildirib ki, Rusiyada pərakəndə satışla məşğul olanlar Çindən mal tədarükünü rədd edib-etməyəcələrini müzakirə ediblər. Yəqin ki, bəzi mövsümi meyvələrin, məsələn, pomelonun idxalı ertələnəcək. Ancaq Rusiya əhalisinin əsasən Çin məhsulları istehlak etdiyi yerlərdə müəyyən fasilələr, bahalaşma və sair ola bilər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə