Səudiyyə Ərəbistanda 3 əsgər həyatını itirib

Səudiyyə Ərəbistanın rəsmi xəbər agentliyinin verdiyi xəbərə əsasən, silahlı qüvvələrinin 3 əsgəri cənubi Cazan bölgəsində xidmət edərkən şəhid olduqları bildirilib. SİA-nın xarici mətbuata əsasən verdiyi məlumata görə, cəbhədə ölən əsgərlərin sayı 10-a yüksəldib. Qeyd edək ki, əsgərlərin ölüm səbəbləri barədə heç bir məlumat verilməyib.

Xatırladaq ki, Yəməndəki İran dəstəkli Hutilər Səudiyyə Ərəbistanın cənubundakı Nəcran və Cazana bölgələrini tez-tez hədəf alır və hava raketləri ilə hücum edirlər.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə