Obamalar 11 milyon dollara malikanə alıblar

ABŞ-ın sabiq Prezidenti Barak və onun xanımı Mişel Obama Massaçusets ştatında 11 milyon dollara malikanə alıblar. The Hill nəşri xəbər verir ki, yeddi yataq otaqlı malikanə Atlantik okeanı sahillərindəki Martas-Vinyard adasında yerləşir və sahəsi 650 kvadratmetrə yaxındır. Onun hovuzu, şəxsi çimərliyi olan 11,5 hektar torpaq sahəsi var. Pəncərədən okean mənzərəsi açılır.

Əmlak əvvəllər "Boston seltiks” basketbol komandasının sahibi Uayklif Qrausbekə məxsus olub. O, malikanəni dörd il əvvəl satışa çıxarmış və ilkin olaraq 22 milyon dollardan çox qiymət qoymuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...