Oklahoma ştatında atışma: 3 ölü

ABŞ-ın Oklahoma ştatının Dankan şəhərində yerləşən Walmart mağazasının dayanacağında atışma baş verib. Atışma nəticəsində üç nəfər həlak olub. Bu haqda şəhərin hüquq-mühafizə orqanlarının nümayəndələri xəbər verib.

Şəhər polisinin verdiyi məlumata görə, atışma zamanı 9 güllə atılıb. Qeyd olunur ki, polis işçiləri hadisə yerinə gələndən sonra, bir kişini və bir qadını avtomobilin içərisində ölü vəziyyətdə tapıblar. Digər ölən şəxs avtomobilin yanında, əlində odlu silah tapılıb. Polis hesab edir ki, şübhəli şəxs iki nəfəri avtomobildə öldürdükdən sonra özünə də sui-qəsd edib.

Polis şerifi Denni Ford qeyd edib ki, şübhəli şəxsin motivi bəlli deyil, lakin zərərçəkənlərin bir-birini tanımasının ehtimalı böyükdür.

Bütün xəbərlər Facebook səhifəmizdə