Avtobus qəzasında xeyli yaralı var

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb. SİA-nın turk mətbuatına istinadən məlumatına görə, hadisə Aksaray-Ankara magistralının 40-cı kilometrliyində baş verib. Belə ki, İstanbul-Mersin marşrutu üzrə hərəkətdə olan sərnişin avtobusu yoldan çıxaraq aşıb.

Qəza nəticəsində 1 nəfər ölüb, 45 nəfər xəsarət alıb. Yaralılardan 9-nun vəziyyəti ağırdır. Qəzaya səbəb havanın dumanlı olması göstərilir.

Bütün xəbərlər Facebook səhifəmizdə