Suriyadan qeyri-qanuni yolla Türkiyə sərhədini keçməyə çalışan İŞİD-in “Tel-Abyad əmiri” H.İ. Şanlıurfanın Akçakale ilçəsində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Axar.az xəbər verir ki, terrorçunun üzərində xeyli sayda sənədlər aşkarlanıb. Sözügedən şəxs əvvəlcə tibbi yoxlanışdan keçirilməsi üçün xəstəxanaya, daha sonra Şanlıurfa Ədliyyəsinə aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB