İsrail qüvvələri işğal etdikləri İordan çayının qərb sahili bölgələrində bir günə 43 fələstinlini həbs ediblər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İsrail qüvvələri ötən gecə və bu gün səhər İordan çayının qərb sahilində, Qüds şəhəri, əl-Xəlil, Nablus, Tul-Kərm, Ramallah, əl-Birə, Qalqiliyyə şəhər, qəsəbə və kəndlərində basqınlar həyata keçirərək, ümumilikdə 43 fələstinlini həbs ediblər.
Qeyd edək ki, İsrail İordan çayının qərb sahilini 1967-ci ildə işğal edib. 1993-cü ildə əldə edilən Oslo anlaşmasına əsasən Fələstin Azadlıq Təşkilatı buradakı bəzi şəhərlərin daxili təhlükəsizlik işini öhdəsinə götürüb. İordan çayının bəzi şəhər və rayonları tam, bəziləri isə qismən İsrail qüvvələrinin nəzarətindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB