Rusiya "S-400" zenit raket komplekslərininin Türkiyəyə göndərilməsininin ikinci mərhələsini başa çatdırıb

Rusiya "S-400" zenit raket komplekslərininin Türkiyəyə göndərilməsininin ikinci mərhələsini başa çatdırıb.

SİA Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, sentyabrın 15-də RF Müdafiə Nazirliyinin hərbi nəqliyyat aviasiyasına məxsus təyyarələr müqavilə öhdəliklərinin həyata keçirilməsi çərçivəsində komplekslərin Türkiyəyə çatdırılmasının ikinci mərhələsini başa vurublar.

Nazirlikdən o da bildirilib ki, "S-400" zenit raket komplekslərinin komponentlərinin Türkiyəyə çatdırılması Türkiyə tərəfi ilə bağlanmış müqavilənin şərtlərinə və tərəflərin müddətlə bağlı razılığına uygun həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə