Rasizmə görə millət vəkilinin deputatlıq mandatı əlindən alınıb

Rasizmə görə millət vəkilinin deputatlıq mandatı əlindən alınıb

Slovakiya Ali Məhkəməsi millət vəkili Milan Mazurekin mandatının əlindən alınmasına dair qərar qəbul edib.

SİA "gazeta.ru" saytına istinadən xəbər verir ki, buna səbəb onun qaraçıların ünvanına rasist ifadələr işlətməsi olub. "Xalq partiyası-Bizim Slovakiya" partiyasının üzvü olan Mazurek mandatını qaytarmaqdan əlavə, 10 min avro məbləğində cərimə ödəməli olacaq.

Qeyd edək ki, deputatın rasizmə görə mandatından olması ölkə tarixində ilkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə